İspan jurnalist Azərbaycandan üzr istədi

İspan jurnalist Azərbaycandan üzr istədi
  08 May 2017    Oxunub:2436
Argentina Respublikasındakı Səfirliyimizdən daxil olmuş məlumatda Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı Səfirliyimizə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılması xahiş etdiyi bildirilir.
Bu barədə Xarici İşlər Nazirıiyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Məktubunda R.Montanyana Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, R.Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

R.Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan   İspan  





Xəbər lenti