Makronun bu sözləri Ərdoğanı qəzəbləndirmişdi...

Makronun bu sözləri Ərdoğanı qəzəbləndirmişdi...
  08 May 2017    Oxunub:8355
Fransada prezident seçkilərinin ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. Onun prezidentliyi dövründə Fransanın xarici siyasətinin necə müəyyənləşdiriləcəyi böyük maraq doğrur. Bu xüsusda hələ seçkidən öncə gərginləşən Makron-Türkiyə münasibətlərinin necə olacağı da diqqət çəkir.
Makron sərgilədiyi mövqenin arxasında duracaq, yoxsa yeni xətt seçəcək?

Bununla belə Makronun keçmişdə verdiyi açıqlamalara istinadən münasibətlərin necə qurulacağına dair müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, Türkiyədə keçirlən 16 aprel referendumu öncəsi rəsmi Ankara ilə Avropa dövlətləri arasında yaranan böhrana Makron çox sərt mövqe bildirmiş, Türkiyəni tənqid etmişdi.

Həmin vaxt Makron bəyan etmişdi ki, “Avropa Birliyinin bu məsələdə ortaq mövqeyi, cavabı olmalıdır”.

Həmçinin, 39 yaşlı gənc prezident başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türkiyəli nazirlərin nasist bənzətmələrini qəbuledilməz adlandırmışdı.

Bundan başqa Makronun 1915-ci il hadisələrinin 102-ci ildönümü ilə bağlı verdiyi açıqlamaları da Türkiyədə böyük təpkilərə səbəb olmuşdu.

Eyni zamanda Makron bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə bütün ölkələrdəki demokratları qoruyacaq: “Türkiyədəki vəziyyətdən dərin narahatlıq keçirirəm və bunu qəbul etmirəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fransa   Makron   Türkiyə   Ərdoğan  





Xəbər lenti