"Bomj" dörd gün milyarder kimi yaşadı

"Bomj" dörd gün milyarder kimi yaşadı
  07 May 2017    Oxunub:1728
Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.
AzVision.az "Sputnik"ə istinadən xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb. Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib.

O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib. Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti