Məktəb avtobusu dərəyə aşdı: 34 ölü

Məktəb avtobusu dərəyə aşdı: 34 ölü
  07 May 2017    Oxunub:1953
Tanzaniyada məktəb şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Karatu rayonunda qeydə alınıb.

Məlumata görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti