Ermənistanın Baş Qərargahında ciddi dəyişikliklər olacaq

Ermənistanın Baş Qərargahında ciddi dəyişikliklər olacaq
  06 May 2017    Oxunub:1509
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında böyük dəyişikliklər olacaq. AzVision.az "Past.info" saytına istinadən xəbər verir ki, Baş Qərargahda önümüzdəki günlərdə ciddi kadr dəyişiklikləri gözlənilir.
Hazırda Baş qərargah rəisi Movses Hakopyanın 4 müavini var. Heyətin üç nəfərə qədər azaldılması barədə qərar qəbul edilib.

"Past"-ın məlumatlara görə, Haykaz Bağmanyan və Strepan Qalstyan ixtisara düşsə də, Aprimovun əvəzinə yeni müavin təyin edilməyəcək.

Digər məlumata əsasən, qərargah rəisinin yalnız bir müavininin olması haqda qərar qəbul edilib. Bu vəzifəyə generallardan ən gənci- 47 yaşlı general-mayor Onik Qasparyanın gətiriləcəyi gözlənilir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Baş-Qərargah  





Xəbər lenti