Senator Trampın telefonunu əlindən almaq istəyir

Senator Trampın telefonunu əlindən almaq istəyir
  03 May 2017    Oxunub:1564
ABŞ senatında beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Bob Korker prezident Donald Trampdan “hökumətin bağlanılması” barədə tvitindən sonra ondan telefonunun əlindən alınmasını istəyib.
AzVision.az “Washington Examiner”ə istinadən xəbər verir ki, senatorlar Trampın vitse-prezidentlə şam yeməyi zamanı paylaşdığı məlumata görə narahat olduqlarını deyiblər.

Siyasətçilərin fikrincə, prezidentin fikirləri həm Respublikaçılar partiyasının daxilində, həm də Respublikaçılar və Demokratlar arasında konsensus axtarışına mane olub.

Penslə görüşdən sonra Korker bəyan edib ki, Trampın “iPhone” telefonu onun əlindən alınmalıdır, prezidentin məlumatları isə Ağ Ev əməkdaşları tərəfindən yoxlanılmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Senator   Tramp  





Xəbər lenti