Kərkük Kürdüstana verilir - Referendum keçiriləcək

Kərkük Kürdüstana verilir - Referendum keçiriləcək
  04 Aprel 2017    Oxunub:1942
İraqda Kərkük Vilayət Məclisi türkmən və ərəblərin boykot etdiyi iclasda Kərkük vilayətinin Kürdüstan Muxtariyyətinin tərkibinə qatılmasına dair referendumun keçirilməsi haqqında qərar qəbul edib. AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.
Kərkük Vilayət Məclsinin sədri kürd əsilli Rebvar Tələbani bildirib ki, referendum tələbi İraq hökumətinə çatdırılıb: “Kərkük xalqının artıq gözləyəcək gücü qalmayıb”.

Onun sözlərinə görə, İraq parlamentdə veriləcək qərar Kərkük tərəfindən tanınmayacaq.

Xatırladaq ki, Kərkük Vilayət Məclisinin 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İraq   Kərkük   Referendum  





Xəbər lenti