Putin rüşvətlə tutulan məmuru işdən qovdu

Putin rüşvətlə tutulan məmuru işdən qovdu
  04 Aprel 2017    Oxunub:1613
Rusiya prezidenti Vladimir Putin Udmurtiyanın başçısı Aleksandr Solovyovun vəzifəsindən kənarlaşdırılması barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Udmurtiyanın başçısı prezidentin yanında etimadını itirdiyi üçün vəzifəsindən kənarlaşdırlıb. Fərman imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Udmurtiya rəhbəri Aleksandr Solovyev 140 milyon rubl rüşvət almaqda ittiham olunur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Putin   Rüşvət  





Xəbər lenti