Əsəd kimyəvi silaha əl atdı: 55 ölü, 200 yaralı

Əsəd kimyəvi silaha əl atdı: 55 ölü, 200 yaralı
  04 Aprel 2017    Oxunub:1591
Bu gün Suriya ordusuna aid təyyarələr İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə tərkibində zəhərli xlor qazı olan bombalar atıb.
AzVision.az xəbər verir ki, bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə deyib.

O bildirib ki, nəticədə 43 nəfər ölüb, 215 nəfər isə zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib.



Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə bombardıman nəticəsində 55 nəfərin öldüyünü açıqlayıb. Qeyd olunub ki, hazırda 220 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti uşaqlardır.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti