Rəsmi Moskva: Rusiya Azərbaycanı dəstəkləyir

Rəsmi Moskva: Rusiya Azərbaycanı dəstəkləyir
  04 Aprel 2017    Oxunub:1972
Rusiya Xarici İşlər Nazirliyi Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyanatda deyilir:

“Aprelin 4-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Rusiya və Azərbaycanı ümumi tarix və mədəniyyət, çoxəsrlik dostluq ənənələri, milyonlarla insanın taleyi bağlayır. Ötən bir əsrin dörddə biri müddətində biz münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxartmağa nail olmuşuq, münasibətlərdə bu əvəzsiz irsi qoruyub saxlayıb və artıra bilmişik.

İki ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, ikitərəfli münasibətlərin prinsipləri və prioritetləri müəyyənləşdirən, dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə mövcuddur. Siyasi dialoq yüksək intensivliyi ilə səciyyələnir.

Regionlar, parlamentlər, nazirliklər Səmimi, etibarlı və yalnız fəal əlaqələr iki dövlətin başçıları tərəfindən dəstəklənir. İqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya çox fəal işləyir. Dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlərin mükəmməlləşdirilməsi və genişləndirilməsi ilə bağlı aktiv iş aparılır. Bir çox aktual beynəlxalq problemlərdə o cümlədən beynəlxalq aləmdə Azərbaycan və Rusiya bir-birini dəstəkləyir.

Beynəlxalq şəraitin əlverişsiz olmasına baxmayaraq, son illər davamlı olaraq ikitərəfli ticari-iqtisadi fəaliyyət və investisiya sahəsində əməkdaşlıq dayanıqlı inkişaf edib. Azərbaycan bazarında 600-dən çox birgə müəssisə, o cümlədən 200-ə yaxın 100 faizlik Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Hal-hazırda Azərbaycandakı Rusiya investisiyasının dəyəri təxminən 1,4 milyard ABŞ dolları təşkil edir.

Rusiya və Azərbaycan arasında əməkdaşlığın prioritet sahələrindən biri də humanitar sahədir. 2010-cu ildən Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci ildən isə İ. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərməyə başlayıb.

Əsrin dörddə biri ərzində ölkələrimizin əldə etdikləri önəmli nailiyyətlər iki ölkənin gələcək münasibətlərinin inkişafının xalqlarımızın köklü maraqlarının reallaşdırılmasına, iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yardım edəcəyinə nikbinlik və əminlik yaradır, bu isə öz növbəsində Cənubi Qafqazda və ondan kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə birgə töhfə olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   XİN  





Xəbər lenti