Avropa Birliyi: Ermənistanda seçicilərə təzyiqlər edilib

Avropa Birliyi: Ermənistanda seçicilərə təzyiqlər edilib
  04 Aprel 2017    Oxunub:1505
Avropa Birliyi aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. AzVision.az xəbər verir ki, bəyanatda seçkilərdə texniki problemlərin olması ilə yanaşı seçicilərə təzyiq halları, səslərin qanunsuz toplanması xüsusilə vurğulanıb.
"Səslərin toplanması, dövlət qulluqçuları və özəl sektor işçilərinə qarşı təzyiqlərin aparılması, seçkilərdə ictimai inamın etimadsızlığının dərinləşməsinə gətirib çıxardı"-deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bəyanat AB-nin adı açıqlanmayan təmsilçisinin adından erməni KİV-lərində dərc olunub.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Avropa  





Xəbər lenti