Terrorda bir nəfər azərbaycanlı yaralanıb - Yenilənib

Terrorda bir nəfər azərbaycanlı yaralanıb - Yenilənib
  04 Aprel 2017    Oxunub:10226
Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
AzVision.az-ın məlumatına görə, bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

20:28
***

Sankt-Peterburq metrosunda törədilən baş verən partlayış nəticəsində yaralıların ilkin siyahısı açıqlanıb.


AzVision.az-ın məlumatına görə, hazırda siyahıda 16 nəfərin adı var.

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.(apa)

AzVision.az


Teqlər: Sankt-Peterburq   Terror  





Xəbər lenti