Peterburqdakı partlayış terror aktıdır - Rəsmi

Peterburqdakı partlayış terror aktıdır - Rəsmi
  03 Aprel 2017    Oxunub:1126
“Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb”.
AzVision.az xarici mətbuat istinadən xəbər verir ki, bunu Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Onun sözlərinə görə, Sankt-Peterburq metrosundakı partlayış terror aktıdır:

“Partlayışın araşdırılması ilə istintaq orqanları məşğuldur. Prokurorluq tərəfindən başladılan yoxlama bütün incəliklərə toxunacaq”.

Təhlükəsizlik sisteminin işinə gəlincə prokuror bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.

AzVision.az


Teqlər: Sankt-Peterburq   metro   terror  





Xəbər lenti