Putin və Sarkisyan Moskvada görüşdü

Putin və Sarkisyan Moskvada görüşdü
  15 Mart 2017    Oxunub:1383
Moskvada Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü olub.
AzVision.az-ın Kremlin saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib.

Hələlik görüşü detalları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bu gün baş tutacaq görüş zamanı siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair əsas məsələlər, həmçinin Avrasiya məkanında qarşılıqlı fəaliyyət inteqrasiyasının inkişaf perspektivlərinin müzakirə olunacağı qeyd olunmuşdu.

Məlumata əsasən görüş zamanı Putin və Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsinin aparılacağı bildirilirdi.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Rusiya   Putin   Sarkisyan   Ermənistan  





Xəbər lenti