Ermənistandan Azərbaycana gözlənilməz müraciət

Ermənistandan Azərbaycana gözlənilməz müraciət
  15 Mart 2017    Oxunub:28765
Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləmək Azərbaycana müraciət edib. AzVision.az “aysor.am" saytına istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib.
“Ermənistan parlament seçkilərinə missiyası göndərilməsi üçün MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb. Dəvət bütün üzv ölkələrə göndərilsə də, dəvəti yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus müsbət cavablandırıb”, - deyə Quminski bildirib.

Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçinin Ermənistandakı parlament seçkilərini izləyəcəyi gözlənilir.

Qeyd edək ki, MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan daxildir.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   MDB  





Xəbər lenti