Sarkisyandan geri addım: “Biz müharibə istəmirik”

Sarkisyandan geri addım: “Biz müharibə istəmirik”
  15 Mart 2017    Oxunub:6312
Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.

“Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik”-deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: “Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir”.

Sarkisyanın bugünkü açıqlamasında "biz müharibə istəmirik" deməsi onun geri addım atmasından xəbər verir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ   Ermənistan   Sarkisyan   Müharib  





Xəbər lenti