"Rəisin xətrinə dəyənin biz də xətrinə dəyərik"

"Rəisin xətrinə dəyənin biz də xətrinə dəyərik"
  15 Mart 2017    Oxunub:2583
Türkiyəli hakerlər Almaniyanın "Borusiya Dortmund" klubunun "Twitter" hesabını ələ keçirib.
AzVision.az-ın məlumatına görə, hesabı ələ keçirən hakerlər orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşım ediblər.

Hakerlər Ərdoğanın fotosunu paylaşaraq Almaniya və Hollandiyaya xəbərdarlıq ediblər: "Nasist Almaniya, Nasist Hollandiya. Bu, sizə zəif bir Osmanlı Silləsidir. 16 apreldə görüşərik. Rəisin xətrinə dəyənin biz də xətrinə dəyərik".

Qeyd edək ki, sonradan hesabı geri alan klub rəsmiləri paylaşımı siliblər.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Almaniya   Haker  





Xəbər lenti