“Oskar” festivalında biabırçılıq - VİDEO

“Oskar” festivalında biabırçılıq - VİDEO
  27 Fevral 2017    Oxunub:5514
“La-la Lend” filminin çəkiliş heyəti səhnəyə qalxıb və üç dəqiqə ərzində qələbəyə görə təşəkkür nitqi ilə çıxış edib. Yalnız bundan sonra səhnəyə təşkilatçıların nümayəndəsi çıxaraq səhvə yol verildiyini, əsl qalibin “Ay işığı” dramının olduğunu bəyan edib. Bu olay dünya KİV-lərinin ən aktual müzakirə mövzusuna çevrilib.
“Ay işığı” dramı ABŞ kino akademiyasının əsas mükafatını qazanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Oskar mükafatı zamanı inanılmaz səhvə yola verilib.

Məlumata əsasən “İlin ən yaxşı filmi” nominasiyasında qalib ilk olaraq “La-La Lend” elan olunub, lakin sonradan bunun səhv olduğu deyilərək, əsl qalibin adı açıqlanıb.

“İlin ən yaxşı filmi” nominasiyasında qalibi məşhur aktyorlar Uorren Bitti və Fey Danauey olub. Bitti qalibin adının yazıldığı konverti açıb və uzun müddət onun kimliyini açıqlamayıb. Sonra o, zərfi həmkarına təqdim edib. Fey isə ucadan “La-la Lend” qışqırıb.

“La-la Lend” filminin çəkiliş heyəti səhnəyə qalxıb və üç dəqiqə ərzində qələbəyə görə təşəkkür nitqi ilə çıxış edib. Yalnız bundan sonra səhnəyə təşkilatçıların nümayəndəsi çıxaraq səhvə yol verildiyini, əsl qalibin “Ay işığı” dramının olduğunu bəyan edib. Bu olay dünya KİV-lərinin ən aktual müzakirə mövzusuna çevrilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: #Oscar2017   #Kino   #Ayişığı  





Xəbər lenti