Pakistanda 36 terrorçu öldürülüb

Pakistanda 36 terrorçu öldürülüb
  17 Fevral 2017    Oxunub:1192
Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərində törədilən terror aktından sonra hökumət qüvvələri antiterror əməliyyatı keçirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində Kəraçi şəhərində 11, Sinda Kator yaşayış məntəqəsində 7 terrorçu zərəsizləşdirilib.

Qeyd olunub ki, ümumlikdə bir sutka ərzində ölkənin müxtəlif yerlərində 36 terrorçunu məhv ediblər.

Qeyd edək ki, Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərində törədilən terror aktı nəticəsində 74 nəfər həlak olub, 300-dən artıq dinc sakin yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti