Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı
  17 Fevral 2017    Oxunub:3119
Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb” – deyə qeyd edib.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti