Şahin Zəkizadə ölməyib - Həkim vaxt qoydu

Şahin Zəkizadə ölməyib - Həkim vaxt qoydu
  16 Fevral 2017    Oxunub:2710
Yerli KİV-lərdə tanınmış rejissor Şahin Zəkizadənin ölməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Həkim reanimatoloq Emil Qasımov AzVision.az-a bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkən rejissorun orqanizmi artıq müalicələrə cavab vermir, bu səbəbdən onun həyatda qalma şansı çox azdır.

“Onu itirmə ehtimalımız böyükdür. Şahinin orqanizmi bioloji olaraq hələ sağdır. Ancaq müalicələrə cavab vermir. Onu bir neçə saat sonra, bir neçə gün sonra itirmə ehtimalımız var”.

Qeyd edək ki, rejissorun xanımı isə jurnalistlərə onun öldüyünü bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti