Zaqatalada 10 otaqlı ev yanıb

Zaqatalada 10 otaqlı ev yanıb
  16 Fevral 2017    Oxunub:1518
Zaqatalada yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonunun Qusur kəndində ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 46 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti