Şahin Zəkizadənin vəziyyəti ağır olaraq qalır

Şahin Zəkizadənin vəziyyəti ağır olaraq qalır
  14 Fevral 2017    Oxunub:2133
“Dünən bəzi xəbər portalları Şahinlə bağlı yalan məlumatlar yaydı. Bu, bizi çox üzdü. Qərara gəldim ki, özüm hər gün məlumat paylaşım. Belə xoşagəlməz hallar olmasın.”

Bunu AzVision.az-a xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə deyib.

“Şahinin vəziyyəti stabil ağır olaraq qalır. Müalicəsini reanimasiya şöbəsində davam etdirir. Göydə Allah və dəyərli dostlarımızın dualarına ehtiyacımız var”.

Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti