Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  14 Fevral 2017    Oxunub:1866
Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti