Abşeronda evdə partlayış olub

Abşeronda evdə partlayış olub
  11 Fevral 2017    Oxunub:1348
Abşeronda evdə partlayış olub, iki nəfər xəsarət alıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da rayonun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb. Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış nəticəsində dağıntı olmayıb, evin 20 kvm. sahəsində yanar konstruksiyalar yanıb.

Yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti