Oğurluqda şübhəli bilinən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən şəxs tutuldu
  11 Fevral 2017    Oxunub:1442
Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 06 radələrində Sabunçu rayonunun İ.Aslanov küçəsindəki mağazalardan birinin qapısının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən, paytaxt sakini, əvvəllər məhkum olunmuş Elçin Xəlilov Sabuçu rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci PB-yə təhvil verilib.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 8-nə və 10-na keçən gecə daha 2 mağazadan ümumilikdə 150 manat pul, tütün məmulatı, təmir-tikinti alətləri, habelə 1 telefon təmiri məntəqəsindən 6 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti