Sumqayıtda liseydə 4 nəfər zəhərlənib

Sumqayıtda liseydə 4 nəfər zəhərlənib
  11 Fevral 2017    Oxunub:1860
Sumqayıtda peşə liseyində baş verən tüstülənmədən 4 nəfər zəhərlənib.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib. Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, arvadı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti