Lənkəranda 4 otaqlı ev yanıb

Lənkəranda 4 otaqlı ev yanıb
  09 Fevral 2017    Oxunub:1145
Lənkəranda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Gərmətük kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti