Qaxda 4 otaqlı ev yanıb

Qaxda 4 otaqlı ev yanıb
  08 Fevral 2017    Oxunub:1340
Qaxda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti