77 yaşlı qadın evdə yanaraq ölüb

77 yaşlı qadın evdə yanaraq ölüb
  07 Fevral 2017    Oxunub:1472
Bakıda mənzil yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti