Keçmiş məhkum intihar edib

Keçmiş məhkum intihar edib
  07 Fevral 2017    Oxunub:1635
Balakəndə keçmiş məhkum intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, fevralın 6-ı, günorta saatlarında rayonun Qullar kənd sakini, 1979-cu il təvəllüdlü Cavid Cirac oğlu Papaxovun meyiti kənd ərazisində yardımçı tikilinin çardağında asılı vəziyyətdə aşkar edilib.

38 yaşlı Cavid Papaxovun hansı səbəbdən intihar etdiyi məlum deyil. Məlumatda bildirilir ki, tüfeyli həyat tərzi keçirən Cavid Papaxov əvəllər oğruluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti