Ağstafanın mərkəzi bazarında yanğın

Ağstafanın mərkəzi bazarında yanğın
  06 Fevral 2017    Oxunub:1596
Ağstafa rayonunda bazarda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ərzaq malları mağazasının 35 kvadratmetrlik hissəsi və çardağın 150 kvadratmetri yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub, alov söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti