“Bu niyyət beynəlxalq hüquqa təhqirdir”

“Bu niyyət beynəlxalq hüquqa təhqirdir”
  27 Fevral 2013    Oxunub:1863
“Ermənistanın Xocalı hava limanı təxribatı sülh prosesinə böyük zərbə vuracaq”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Cihan” agentliyinə verdiyi müsahibəsində bildirib.

“Azərbaycanın qəbul etdiyi bütün qərarlar beynəlxalq qanunlar çərçivəsindədir. Azərbaycan həmişə beynəlxalq hüquqa hörmət edir, Çikaqo konvensiyasının müddəalarına riayət edir. Bizim mövqeyimiz bu konvensiyaya əsaslanır. Ermənistanın qanunsuz uçuşu həyata keçirmək niyyəti beynəlxalq hüquqa təhqir və böyük hörmətsizlikdir" - deyə EşAbdullayev qeyd edib.

O bildirib ki, Azərbaycan 1992-ci ildən indiyədək “Çikaqo Konvensiyası”nın üzvüdür və həmin vaxtdan dövlətimiz ölkə ərazisindəki bütün hava limanlarını qeydiyyata salıb:" Onların arasında Xocalı hava limanı da var. Azərbaycan Respublikasının hava limanı olaraq qeydiyyata alınıb. Bu mövzuda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan heç bir zaman atdığı addımlarda beynəlxalq hüquq çərçivəsindən çıxmamışdır. Bu gün isə Ermənistanın təxribat cəhdi, beynəlxalq hüquqa olan bir hörmətsizlik və beynəlxalq hüquqa ziddir. Ermənistan beynəlxalq hüququ çeynəyir. Təəssüf ki, beynəlxalq ictimaiyyət də buna göz yumur" - deyə nazirlik rəsmisi bildirib.




Teqlər:  





Xəbər lenti