Xırdalanda yanğın olub

Xırdalanda yanğın olub
  30 Yanvar 2017    Oxunub:1383
Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti