Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə qadın meyiti tapılıb
  30 Yanvar 2017    Oxunub:1271
Bakıda mənzildə 92 yaşlı qadının meyiti tapılıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti