Qərbi Azərbaycan əyalətində qar uçqunu - 4 ölü, 15 yaralı

Qərbi Azərbaycan əyalətində qar uçqunu - 4 ölü, 15 yaralı
  29 Yanvar 2017    Oxunub:2596
İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub.

Bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib. Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb. Ümumilikdə 15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasetmə işləri davam etdirilir. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti