`20 gündür ağzımı aça bilmirəm` - Aşıq Ədalət

`20 gündür ağzımı aça bilmirəm` - Aşıq Ədalət
  29 Yanvar 2017    Oxunub:18848
“Keyfim olmayanda saza yaxın durmaq istəmirəm. İnsanın gərək könlü xoş olsun ki, çaldığın hava da sənə zövq versin”

Bunu AzVision.az-a Əməkdar incəsənət xadimi, tanınmış aşıq Ədalət Nəsibov deyib. Boğaz ağrısından əziyyət çəkdiyini deyən aşıq Ədalət ev şəraitində müalicə aldığını, həkimə getmədiyini deyib:

“20 gündür ki, ağzımı aça bilmirəm. Boğaz ağrısı mənə əziyyət verirdi. Ancaq deyəsən, dərmanların xeyiri var. Artıq ağrılarım səngiyib. Demək olar ki, evdən çölə çıxmıram. Hava isti olanda həyətə çıxıb gəzirəm. Canım ağırıyır. Ona görə də keyfim yoxdur. Arada qonaqlarım gəlir. Dostlar, tanışlar bilirlər ki, xəsətlənmişəm. Gəlib, baş çəkirlər. Boğazıma ağrıdığından danışa da bilmirəm. Həkimlər deyirlər ki, boğazımın ağrısına səbəb mədəmdir. Bir neçə gündən sonra həkimə getmək istəyirəm”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti