Qazaxda ağır yol qəzası: Ölən və yaralılar var

Qazaxda ağır yol qəzası: Ölən və yaralılar var
  29 Yanvar 2017    Oxunub:2040
Qazaxda ağır yol qəzası baş verib.

Hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti