Məktəbdən oğurluq edən şəxs tutulub

Məktəbdən oğurluq edən şəxs tutulub
  28 Yanvar 2017    Oxunub:1670
Salyanda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-nə keçən gecə şəhər ərazisində yeni inşa edilən orta məktəbin həyətindən 210 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Ələsgərov tutulub. Ondan 11,27 qram marixuana götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti