Ağsu aşırımı buz bağladı - Yollar təhlükə saçır

Ağsu aşırımı buz bağladı - Yollar təhlükə saçır
  28 Yanvar 2017    Oxunub:3652
Rayonlara yağan güclü qar yollarda avtomobillərin hərəkətində çətinlik yaradıb.

Sürücülərin AzVision.az-a bildirdiyinə görə, Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla ötrülüb, Ağru aşırımı isə buz bağlayıb. Bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşib. Ərazi hərəkət üçün təhlükəli olduğundan sürücülər alternativ olaraq Bakı-Kürdəmir-Ağsu yollarından istifadə edirlər.

Hazırda qarlı yollarda çox az sayda avtomobil hərəkət edir. Sürücülərin sözlərinə görə, xoşbəxtlikdən ölümlə nəticələnən qəzalar qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sabah da ölkə ərazisində əlverişsiz hava şəraiti hökm sürəcək. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Rüstəm İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti