`Sovetski`dəki yanğn söndürüldü - Ölən var (Yenilənib)

`Sovetski`dəki yanğn söndürüldü - Ölən var (Yenilənib)
  27 Yanvar 2017    Oxunub:5326
Bakının "Sovetski" adlanan ərazisində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın söndürülüb.

Yanğının söndürülməsi zamanı binadan 3 nəfər xilas olunub.

***
(19:07)

Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı binadan üç nəfər xilas olunub.

AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***
(18:26)

Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri təxliyə olunub .

AzVision.az xəbər verir ki, yanğın binanın iki mərtəbəsini əhatə edib. Binada yaşayan sakinlərin hamısı təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib. Təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Onun vəziyyəti hazırda stabildir.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

***

(17:50)

Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti