Ermənistanın daha bir əsgəri öldü - (VİDEOXƏBƏR)

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, əsgərin ölüm səbəbi hələlik dəqiq bilinmir.
“İlkin məlumata görə, ötən gün saat 16:20-da kursant Sarkis Apinyan hərbi hissənin düzülüş meydanında vəziyyəti pisləşib. Apinyan hərbi hissənin tibb məntəqəsinə aparılıb. Saat 17:35 radələrində isə ölüm faktıqeydə alınıb” - deyə, Ermənistan İstintaq Komitəsinin məlumatına bildirilib.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.
Eldar Tanrıverdiyev
AzVision.az