İranlı aktrisa Trampa etiraz etdi - `Oskar`a qatılmayacaq

İranlı aktrisa Trampa etiraz etdi - `Oskar`a qatılmayacaq
  26 Yanvar 2017    Oxunub:2344
İran aktrisası Təranə Əlidusti ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz olaraq “Oskar” mükafatları mərasiminə qatılmayacağını açıqlayıb.

Aktrisa bu barədə Twitter-dəki səhifəsində yazıb. T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib.

Aktrisa öz səhifəsində yazıb: “Trampın iranlılara viza verilməsini qadağan edən qərarı irqçi qərardır. Bu mədəniyyət tədbirlərinə şamil olunsa da, olunmasa da mən “Oskar” mərasimində iştirak etməyəcəyəm”.

Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-ı Los-Ancelesdə təqdim olunacaq. (Trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti