Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
  26 Yanvar 2017    Oxunub:1241
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1942-ci il təvəllüdlü Həsənova Nəsibə Əliyaqub qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti