`Dəyanət Rzayev intihara meyilli idi` - Psixoloq

`Dəyanət Rzayev intihara meyilli idi` - Psixoloq
  26 Yanvar 2017    Oxunub:53719
“Dəyanət Rzayev çox emosional insan idi və intihara meyilli olub”.
Bunu AzVision.az-a psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, ola bilər ki, Dəyanətin narahatçılığı olub və dəstək almayıb, bu səbəbdən intihar edib.

““Hər adamın bir psixoloqu, bir pisoxoloqun isə iki psixoloqu olmalıdır” deyə deyim var. Dünya praktikasında da var ki, psixoloqda da narahatçılıq ola bilər. Ona görə psixoloq da dəstək almalıdır. Nəzərə alın ki, həkim xəstəlikdən vəfat edə bilər. Bu, o demək deyil ki, həkimlərə qarşı inamsızlıq olmalıdır”.

E.Rüstəmov qeyd edib ki, psixoloq olmaqdan çox bir insandan, onun intihar etməsindən danışmalıyıq. “Dəyanətin hansı səbəbdən intihar etməsi sonradan bəlli olacaq. Psixoloq olmaq o demək deyil ki, psixoloqlar intihar etmir. Bunu hamısına şamil etmək olmaz. Çox istərdim ki, insanlar “psixoloq intihar etdisə, biz nə edək, biz hara gedək” düşüncəsi ilə məsələyə yanaşmasınlar. 7-8 il bundan əvvəl Dəyanətlə münasibətimiz olub, birlikdə işləmişik. Bəzən onun belə düşüncələri, fikirləri var idi. Yaxınları gərək diqqətli olardı. Amma Dəyanət də sözə qulaq asmırdı və psixoloqa müraciət etmirdi”.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti