Keçmiş məhkum özünü yandırıb öldürdü

Keçmiş məhkum özünü yandırıb öldürdü
  26 Yanvar 2017    Oxunub:1605
Gəncədə keçmiş məhkum özünü yandırıb.
AzVision.az xbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Hadisə yanvarın 26-sı gecə saat 02:00 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, I dalan, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti