Yevlaxda 4 otaqlı ev yanıb

Yevlaxda 4 otaqlı ev yanıb
  25 Yanvar 2017    Oxunub:1174
Bu gün gündüz saatlarında Yevlaxda yanğın faktı qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Xaldan kəndində vətəndaşa məxsus ümumı sahəsi 160 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında tüstü bacasının ətrafı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti