London polisi AZAL-ın bələdçilərini saxladı - (VİDEOXƏBƏR)

London polisi AZAL-ın bələdçilərini saxladı - (VİDEOXƏBƏR)
  25 Yanvar 2017    Oxunub:3461
Yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti