Trampdan qalmaqallı qərar - Sərhəddə divar tikilir (VİDEOXƏBƏR)

Trampdan qalmaqallı qərar - Sərhəddə divar tikilir (VİDEOXƏBƏR)
  25 Yanvar 2017    Oxunub:2896
ABŞ-ın yeni prezidenti Donald Tramp hakimiyyətə gələn kimi Meksika ilə sərhəddə divar tikdirir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə Tramp 7 ölkədən miqrantların ABŞ-a girişinə qadağa qoymaq niyyətindədir.

Amerika mediasının yaydığı məlumata görə, qadağalar 4 ay çəkəcək. Seçki kampaniyası ərəfəsində müsəlmanların ABŞ-a girişinə mane olacağını deyən Tramp “Twitter” hesabında “Sabah beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətli gündür. Bir çox məsələlərlə birlikdə o divarı da inşa edəcəyik”, - deyə qeyd edib.

ABŞ prezidentinin bu gün verəcəyi qərarla sərhəddə divarın tikintisinə başlanacağı gözlənilir. Bu müddət ərzində Suriya, İraq, İran, Sudan, Liviya və Yəməndən olan qaçqınların ölkəyə girişinə qadağa tətbiq ediləcək.

ABŞ qanunlarına əsasən, prezident qaçqınların ölkəyə qəbulunu dayandıra bilər.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti