Milli Şura böhranla bağlı toplandı-YENİLƏNİB

Milli Şura böhranla bağlı toplandı-YENİLƏNİB
  21 Avqust 2013    Oxunub:1080
Demokratik qüvvələrin alyansını təsis edən siyasi təşkilatların liderləri İbrahimbəyovun ofisinə yığışır
Musavat.com-a verilən eksklüziv xəbərdə bildirilir ki, Milli Şuranın təsisində iştirak edən 6 siyasi qurumun rəhbərləri bu gün saat 13-də Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki ofisində toplaşıblar.


(İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Əvəz Temirxan, Eldar Namazov.) Buna səbəb MŞ-da yaranan çıxılma böhrandır. Məlumatı verən mənbə idda edir ki, liderləri bir yerə Eldar Namazov toplayır- lakin təşəbbüs müxalifətin iki aparıcı təşkilatının rəhbərlərindən - İsa Qəmbərdən və Əli Kərimlidən gəlib. Müzakirələrin əsas mövzusu Milli Şuranın seçkilərdə iştirak forması olacaq. Prosesin gedişində Rüstəm İbrahimbəyovun da müzakirələrə telefonla qatılacağı gözlənilir.

Məlumatda o da vurğulanır ki, iclas qapalı olacaq, jurnalistlər toplantıya buraxılmayacaq. Toplantıdan sonra - saat 16 radələrində isə “EL” hərəkatının İdarə Heyəti və bu qurumdan Milli Şurada təmsil olunan üzvlər eyni məkana yığışacaqlar. Onlar da yaranmış vəziyyətdə “EL” hərəkatının mövqeyini müzakirə edəcəklər.

Qeyd edək ki, 19 avqust tarixində keçirilən Milli Şuranın sessiyasında 1 səs fərqi ilə keçirilən reytiq səsverməs nəticəsində bu qurumun yeni vahid namizədi müəyyənləşməli idi. Lakin cəmi bir neçə saat sonra məlum oldu ki, 4 təsisçi partiya bu nəticələri tanımır, alınan qərarı boykot edir, bununla da Milli Şuranı faktiki olaraq, dağılmaq təhlükəsinə məruz qoyur.
Görünür, Müsavat və AXCP Milli Şuranın dağılmasında maraqlı deyil, buna görə də onların liderləri daha bir təşəbbüslə çıxış ediblər.
Musavat.com-da olan məlumata görə, hər iki partiya yetkililəri yeni vahid namizəd məsələsində də eyni mövqeyə gəliblər. Onlar professor Cəmil Həsənlinin müxalifətin vahid namizədi olması ideyasını dəstəkləyirlər.

Qalereya




Teqlər:  





Xəbər lenti